Cəlilabad rayonunda yol qəzası baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Ələt - Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.