Bugünkü dünyada gözəllik hər yerdədir: telefon ekranını əlimizlə hərəkət etdirincə hər dəfə qarşımıza çıxır. Sosial media və influenserlər gənc qızların özlərini necə gördüyünü formalaşdırır. Əvvəlcə sadəcə gözəl video izləməklə başlayan əyləncə tez bir zamanda dəriyə qulluğa qədər gedir. Bəs gənc qızlar böyüklər üçün nəzərdə tutulan gözəllik standartlarını təqib etdikdə nələr baş verir?
Hər şey məsum bir şəkildə yaxşı görünmək istəyilə başladı. 11 yaşlı Skarlett gözəllik influenserlərini izləməyi sevirdi. Parlaq və az qala sehirli kimi görünən dəriyə qulluq məhsullarından valeh olmuşdu. Tezliklə bu heyranlıq bir həvəsə çevrildi. Skarlett hələ 10 yaşında ikən qırışlardan narahat idi. Təmizləyicilər - maskalar, spreylər, nəmləndiriciləri gündəlik vərdişinə çevirdi. Amma çox keçmədi ki, hər şey tərs getdi. Bir gecə hər zamankı dəriyə qulluq məhsullarını tətbiq etdikdən sonra Skarlettin üzü yanmağa başladı, dərisi qabardı. Çünki istifadə etdiyi məhsullar böyüklər üçün nəzərdə tutulmuşdu və onun incə, uşaq dərisi üçün çox ağır idi. Aylar keçsə də, Skarlett hələ də nəticələrlə mübarizə aparır.
Skarlett kimi qızlar tək deyil. Bu, artan tendensiyanın əksləridir. Səkkiz yaşlı qızlar artıq dermatoloq ofislərində kimyəvi yanmalar və allergik reaksiyalarla görünürlər. Viral trendlər, məsələn, #SephoraKids bu həvəsi artırıb, qızları yaşlanan qadınlar üçün nəzərdə tutulan dəriyə qulluğu sınamağa təşviq edir. Amma zərər təkcə fiziki deyil.
Ekspertlər xəbərdarlıq edir ki, bunun mənəvi təsiri də var. “TikTok” və “İnstagram” kimi platformalar gənc qızları mükəmməl gözəllik şəkilləri, qüsursuz dəri və hamar saçlarla bombalayır. Bu şəkil və videolar filtr və xüsusi redaktə vasitələri ilə təkmilləşdirilir. Lakin gənc qızlar bu mükəmməl görünüşləri yaradan səhnəarxası sehri görə bilmir və aldanırlar.
Qeyri-real gözəllik şəkillərinə uyğun gəlmə təzyiqi zərərli təsirlər yaradır. Tədqiqatlar göstərir ki, xarici görünüşə həddindən artıq uymaq özünəgüvəni zədələyir. Gənc qızlar bu standartlara uyğun gəlməyə çalışdıqca narahatlıq, özünəinam və hətta depressiya problemləri ilə üzləşir və çətin mübarizədən keçməli olurlar.
Bir çoxları üçün dəriyə qulluq başqaları ilə uyğunlaşma, rəqabət halına gəlir.
Nyu-Yorkda yaşayan Mia 14 yaşlı bir qız idi. Dəriyə qulluqla o qədər də maraqlanmırdı. Ancaq 8-ci sinfə gedəndə hər şey dəyişdi. Birdən məktəbdə qızların dəriyə qulluq həvəsini hiss etdi. Sosial mediadan ona “mənsub olmaq” üçün nə etməli olduğunu izləməyə başladı.
Mia da bir çoxu kimi həftəlik pulunu dəbdəbəli dəriyə qulluq məhsullarına xərclədi. Onları ən çox sevdiyi və təqib etdiyi influ encerlərdən aldı. Sadə bir maraq bahalı vərdişə çevrildi: spreylər, serumlar, nəmləndiricilər, hamısı da yüksək səviyyəli brendlərdən. Onun aldığı məhsullar böyüklərin eyni işə xərcləmələrini keçirdi. Dəriyə qulluq təkcə yaxşı görünməklə qalmadı, bu, bir mənsubiyyət yoluna çevrildi. İnfluencerlərə özlərini “eyni məhsullara sahib olmanın bir parçası” hiss etdirdilər.
Uşaq yaşda dəriyə qulluqla bağlı bu mənfi həvəs daha geniş bir problemin - sosial medianın gənclər üzərindəki təsirinin bir hissəsidir. Mia yaşıdları kimi, “Mənimlə hazırlan” videolarına cəlb olunmuşdu. Burada influenserlər milyonlarla izləyici üçün rahatca dəriyə qulluqla bağlı etdiklərini paylaşırlar. Onlara videolarını çox şəxsi hiss etdirmək üçün markalar tərəfindən pul ödənilir. Sanki məsləhətlər bir dostdan digərinə keçmiş olur. Əsil narahatedici məqam bu uşaq yaşlı gənc qızların onlayn dərsliklərdən nə qədər ayrıntılı və dəqiq təlimatlar almasıdır. Onlara addım-addım öz görünüşlərini necə mükəmməlləşdirmək göstərilir, halbuki onlar hələ kimliklərini formalaşdırmağa yeni başlayırlar. Tədqiqatlar göstərir ki, görünüşə qarşı vəsvəsəni -obsesiyanı artırmaq narahatlıq, depressiya və bədən imicilə bağlı problemlərə səbəb olur. Gözəllik sənayesi isə bu həvəsin böyüməsindən - bu tendensiyadan qazanc əldə edir.
Tədqiqatlar göstərir ki, 14 yaşdan aşağı uşaqlar artıq dəriyə qulluq məhsulları satışlarının böyük hissəsini təşkil edir, xüsusən də yüksək səviyyəli məhsullar üçün. Amma onların satın aldıqları məhsulların bir çoxu retinol və kimyəvi eksfoliant kimi sərt inqrediyentlərlə doludur. Bu maddələr uşaq üzü kimi gənc dərini uzun müddətli zədələyə bilir. Dermatoloqlar məsləhət görür ki, uşaqlar ancaq bunları istifadə etməlidir: yumşaq təmizləyici, nəmləndirici və günəşdən qoruyan kremlər. Bundan artığı inkişaf etməkdə olan dəri üçün çoxdur, erkən yaşlanma və çapıqlar yaradır.
Gənc dəridə böyüklər üçün olan güclü məhsulların təhlükələri haqqında xəbərdarlıqlara baxmayaraq, bir çox şirkət bu həssas auditoriyaya satışa davam edir.
İsveç kimi bir sıra ölkələrdə uşaqları qorumaq üçün sərt qanunlar var. Burada yeniyetmələrə yaşlanma əleyhinə məhsullar almaq üçün valideyn razılığı lazımdır. Amma başqa yerlərdə, məsələn, ABŞ-ın Kaliforniya ştatında bu məhsulların 13 yaşdan aşağı uşaqlara satışını tənzimləmə cəhdləri uğursuz olub.
Valideynlər üçün mücadilə evdə başlayır. Bir çoxları uşaqlarının nə qədər dəriyə qulluq məhsulları olduğunu görəndə təəccüblənir. Mianın anası Sandra kimi analar isə kəskin addımlar atır, uşaqlarının dərisini və sağlamlığını qorumaq üçün ciddi tədbirlər görür. Əvvəlcə Mia əsəbləşmişdi. Amma sonda anasının qərarının hikmətini başa düşdü. Gördü ki, daha sadə üsulla onun dərisi daha sağlam qalır və ən əsası, o, özünü inamlı hiss edir.
Skarlettin anası təhlükəni çox gec başa düşdü. O hələ də qızının üzünün mükəmməl etmək üçün nəzərdə tutulmuş məhsullardan yandığı gecəni xatırlayır. Qızının keçirdiyi ağrını görmək ananı diqqətli olmağa məcbur etdi.
Bu gün uşaqlar üçün dəriyə qulluq bazarına daha sərt xəbərdarlıqlar gedir. Uşaqları qoruma tərəfdarları artır.
Gözəllik sənayesi böyüməyə davam etdikcə, paralel olaraq sosial medianın təsiri genişləndikcə gənc qızları mümkün olmayan gözəllik standartlarına uyğun gəlməyə çalışmanın təzyiqindən qorumaq üçün daha çox iş görülməlidir. Hələ də Mia və Skarlettin hekayələri digər uşaqların, yetkin gənclərin başına gəlir. Valideynlər müdaxilə etsə də, ekspertlərin fikrincə, dəyişiklik yuxarıdan başlamalıdır.
Özümüz özümüzdən soruşmalıyıq: biz növbəti nəslə nə öyrətməliyik? Gözəllikmi, yoxsa onların özlərini olduğu kimi qəbul etmələrini anlatmaqmı?