...Ermənistan bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırdır və bu, ölkənin rəsmi mövqeyidir, deyə respublikanın baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.
...Onun sözlərinə görə, bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işinin əsasnaməsini təsdiqləyib.
Bunun fonunda hökumət başçısı artıq razılaşdırılmış məqamların imzalanmasını və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan əsas məsələlər üzrə qərarlar qəbul etməlidirlər: ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarından imtina və gələcəkdə bu iddialara yol verməmək öhdəliyi.
Bu prinsiplər, eləcə də gücdən istifadə etməmək və bir-birinin daxili işlərinə qarışmamaq üzrə öhdəliklər artıq sülh müqaviləsi layihəsində razılaşdırılıb.
Bunları erməni baş nazir bildirib.
Əli Babayev