2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki keçid məntəqəsində xidmətini dayandıracaqlar.
Bu barədə Rusiya liderı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş zamanı razılıq əldə olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bunu sonuncunun mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
...Həmçinin razılıq əldə olunub ki, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran dövlət sərhədinin mühafizəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları da iştirak edəcək.
Ermənistan-Türkiyə, Ermənistan-İran dövlət sərhədindəki keçid məntəqəsindəki xidməti isə bütünlüklə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək.
Nazeli Baqdasaryan bunu Facebook-da yazıb.
Əli Babayev