Al Paçino oğlunun anası ilə ayrılmasından danışıb

8 Oktyabr 2024 19:37 (UTC+04:00)

...Dünən SİA-nın da yazdığı kimi,..demişdim, Al Paçino bu “biabırçılığı” qəbul etməz!

Bundur, əfsanəvi aktyor gənc sevgilisindən ayrıldığını təsdiqləyib. Sənətçi bu barədə "People"a müsahibəsində bildirib.

84 yaşlı “Xaç atası” filminin ulduzu 2023-cü ildə oğlu Romanı dünyaya gətirən 30 yaşlı Nur Alfalla ilə hazırda eşq münasibətində olmadığını etiraf edib.

Məlumatı Paçinonun nümayəndələrindən biri də təsdiqləyib. ...Al və Nur çox yaxşı dostdurlar, onlar uzun illərdir dostdurlar, həmçinin oğlu Romanı böyüdürlər.

Paçinonun nümayəndəsi deyib bunu.

Qızın özü isə Al Paçino ilə münasibəti barədə şərh verməyib. ...Daha əvvəl məlum olmuşdu ki, kult aktyor “Oskar” mərasiminin çoxdankı ənənəsini pozub.

Nazlı Almuradova