Dünyanın ən soyuq bölgəsi olan Antarktidada iqlim dəyişikliyi səbəbindən bitki örtüyü dəyişir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, iqlim dəyişikliyi səbəbindən temperaturun artması dünyanın ən soyuq bölgəsi olan Antarktidaya da təsir edib.
"Nature Geoscience" jurnalında dərc olunan araşdırma nəticəsində məlum olub ki, iqlim dəyişikliyinə cavab olaraq regionda bitki örtüyü xeyli genişlənib.
Tədqiqatın nəticəsinə görə, yarımadanın bitki örtüyünün sahəsi 1986-cı ildə bir kvadrat kilometrdən az olan ərazidən 2021-ci ilə qədər təxminən 12 kvadrat kilometrə qədər, on dəfədən çox artıb.
Mütəxəssislər qlobal istiləşmə səbəbindən Antarktidada yaşıllaşdırmanın davam edəcəyini proqnozlaşdırırlar.