Sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabəti ilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirib ki, araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.