Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, avtomobil ixracatı 2024-cü ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 milyard 933 milyon 806 min dollar olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Sentyabr ayında da sektorun ixracatı müqayisədə 20,9 faiz artaraq 3 milyard 406 milyon 665 min dollar olaraq reallaşıb.
Yanvar-sentyabr dövründə avtomobil sənayesinin ixracının ümumi ixracatdakı payı 16,2 faiz olaraq hesablanıb.
Ən çox ixrac 3,6 milyard dollarla Almaniyaya həyata keçirilib. Bu ölkəni 3,2 milyard dollarla Böyük Britaniya, 3 milyard dollarla Fransa, 2,5 milyard dollarla İtaliya və 1,8 milyard dollarla İspaniya izləyib.
Britaniya ixracat artımında zirvədə yer alıb. Adıkeçən dövrdə avtomobil sektorunun ölkə xaricinə satışı 796,7 milyon dollar artıb. İxracat artımında sonra 220,4 milyon dollarla Rumıniya, 220 milyon dollarla İtaliya, 212,9 milyon dollarla Sloveniya, 125,6 milyon dollarla ABŞ olub.
Avtomobil sektorunun xarici satışı 2021-ci ilin yanvar-sentyabr aylarında 24 faiz qazanc əldə edərək 21,2 milyard dollara, 2022-ci ildə həmin dövrdə 5,1 faiz artımla 22,3 milyard dollara, 2023-cü ildə isə 14,8% yüksəlişlə 25,6 milyard dollara çatıb.