...Feodosiyadakı neft anbarında güclü yanğın nəticəsində əmlak itkisinə görə hər kəs təzminat alacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Krımın “rəhbəri” Sergey Aksenov danışıb.
Rəsminin sözlərinə görə, fövqəladə vəziyyətlə əlaqədar regional hakimiyyət federal mərkəzlə əlaqə saxlayır. ...Müvafiq idarələrin qüvvələrinin qruplaşması tam şəkildə formalaşdırılıb. Bütün qərarlar düzgün və vaxtında verilir. Mən bütün aidiyyatı olan vətəndaşlara, könüllülərə, Fövqəladə Hallar Nazirliyinin və şəhər rəhbərliyinin əməkdaşlarına təşəkkür edirəm.
Aksenov vəziyyəti şərh edib.
Qeyd edək ki, Krımın cənub-şərqində neft bazasında yanğın oktyabrın 7-nə keçən gecə baş verib və bir sıra partlayışlarla müşayiət olunub. Şəhər fövqəladə vəziyyətdədir. Qeyri-rəsmi məlumatlara görə, yanğın zamanı 3 nəfər xəsarət alıb.
Əli Babayev