“Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib. Lakin Ermənistan artıq başa düşməlidir ki, bütün sahələrdə Azərbaycana məğlub olub. Söhbət təkcə Azərbaycanın beynəlxalq aləmdəki qələbəsindən, Azərbaycan ordusunun hərbi qələbəsindən getmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
O bildirib ki, Ermənistan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına, Ermənistan demoqrafiyası Azərbaycan demoqrafiyasına məğlub olub: “Müxtəlif sahələrdə Ermənistan Azərbaycana məğlub olub.
Nikol Paşinyan ondan əvvəlki rəhbərliyin xəttini davam etdirir. Azərbaycanla hər vəchlə eyni məxrəcdə uzlaşmaqdan qaçır, sülh müqaviləsinin imzalanmasının vaxtının uzadılmasına çalışır. Belə olan təqdirdə Cənubi Qafqazda sülh meydana gəlmir. Paşinyan hesab edir ki, Qərbdəki ağalara qulluq edərsə öz siyasətində qalib olacaq. Lakin heç bir dəyişiklik olmayacaq, Qərb yalnız öz maraqları naminə Ermənistan istifadə edir”.