...Deməli, ötən gün Belarusun Şuçin yaxınlığındakı Malomojeykovskaya kilsəsinin 500 illik yubileyi qeyd edilib.
SİA-nın əldə etdiyi məlumata görə, yubiley şənliklərlə müşahidə olunub və təbii ki, bu arada şəkil çəkdirənlər də olub. Əslində bunu adi hal kimi də dəyərləndirmək olar.
Amma burada maraqlı nüanslardan biri, moskvalı fotoqraf Artyom Sinitsinin çəkdiyi şəkillə bağlıdır.
Deməli, şəkildə kilsədən nənəsi ilə çıxan məktəb yaşlı qızın, kilsənin girişində sıra ilə düzülmüş hərbi formalı həmyaşıdlarından biri ilə göz təması qurmasıdır...
Maraqlıdır ki, rus olan Artyom Sinitsin bunu “Oğurlanmış uşaqlıq” beynəlxalq hüquq müdafiəçiləri alyansındakı hesabatın dəyəri kimi təqdim edir.
Qeyd edək ki, həmin sənəddə Belarus hakimiyyətinin Kremlin maraqları naminə ukraynalı uşaqları işğal olunmuş ərazilərdən necə daşıması, onların yenidən təhsil alması və hərbiləşdirilməsi ətraflı şəkildə təsvir olunub.
Hesabat müəllifləri iddia edirlər ki, bütün bunlar Ukraynanın milli-mədəni kimliyinin kökünü kəsmək üzrə Rusiya dövlət siyasətinin bir hissəsi kimi həyata keçirilir.
...Belə görünür ki, belaruslara da oxşar hesabat lazım olacaq. Axı, indi oğurlanmış ukraynalı uşaqların başına gələnlər açıq şəkildə “təlqin” termini altındadır.
Onlar faktiki olaraq təhsil almaqla yanaşı, həm də elə indidən hərbiləşdirilirlər.
Sinitsinin dediyinə görə, Malomojeykovskaya kilsəsinin girişindəki uşaqlar 2007-ci ildə təhlükəsizlik qüvvələrinin himayəsi ilə Şuçində yaradılmış Müqəddəs Mübarək Şahzadə Aleksandr Nevski adına “Drujina” pravoslav hərbi-vətənpərvərlik klubunun yetirmələridir.
Deyilənlərə görə, buraya 11-17 yaş arası uşaqlar cəlb olunur. Proqrama gündəlik dualar və Əhdi-Cədidin öyrənilməsi ilə yanaşı, tam hərbi təlim də daxildir.
Belə ki, buradakı oğlanlar və qızlar xüsusi birləşmiş estafet yarışında, Kalaşnikov avtomatını atmaq, sökmək və yığmaq, yuxarı çəkmək, yaralıları daşımaq üzrə yarışırlar..?
Əslində bu “məktəb” ilk və son “təhsil müəsisəsi” deyil.
Belə ki, 2014-cü ildən Rusiyanın Nijni Novqorod şəhərində də “Müqəddəs Şahzadə Aleksandr Nevskinin Drujina” pravoslav hərbi-vətənpərvərlik klubu fəaliyyət göstərir.
Son zamanlar bu məktəblərdə artıq azyaşlılara pilotsuz təyyarə operatorları kimi də təlimlər keçirilir. Onlar təbliğat şənbələrində iştirak edirlər və burada onlara “alnına güllə basmaq” öyrədilir.
...Təbii ki, bəşəriyyət belə “təhsil” yeniliklərindən uzaqdır? Bütün bunlar, yəni bu “təhsil” prosesinin bütün iştirakçıları üçün.çox kədərli sonluqla bitir.
Bu da rusiyalı fotoqrafın gəldiyi qənaətdir.
Əli Babayev