Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, Y.Qusev Mərkəzdə yaradılan reabilitasiya infrastrukturunu yüksək qiymətləndirərək, uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib.
Qeyd edək ki, son günlərdə Ukraynada müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq Agentliyin təşkilatçılığı ilə Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilib. Ümumilikdə isə 180-dək ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.