"Qəbələ" heyətinə daha bir futbolçu qatıb

8 Oktyabr 2024 12:58 (UTC+04:00)

“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb. SİA bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Musayevlə yeni müqavilə imzalanıb.

30 yaşlı müdafiəçi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, əvvəllər də “Qəbələ”də çıxış etmiş M.Musayev karyerası ərzində “Zirə” və “Səbail”in də formasını geyinib.