MM readmissiya haqqında sazişi ratifikasiya edib

8 Oktyabr 2024 12:44 (UTC+04:00)

Milli Məclis Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi təsdiqləyib. SİA xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.