"COP29 tədbiri Azərbaycan üçün yeni imkanlar yaradacaq"

8 Oktyabr 2024 12:33 (UTC+04:00)

"COP29 tədbiri Azərbaycan üçün yeni imkanlar yaradacaq, ölkəmizin nüfuzunu artıracaq". SİA xəbər verir ki, bu sözləri deputat Sadiq Qurbanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu tədbir bizim üçün iqlim dəyişikliyi üzrə lider ölkələrdən biri olmağımıza səbəb olacaq: "Bu tədbir dünyanın diqqətini Azərbaycana yönəldəcək. Razılaşmaya əsasən, öz məsuliyyətimizi yerinə yetirməyimiz göstərilir. Azərbaycan tədbirin təhlükəsiz keçirilməsi üçün cavabdehdir. İştirakçılar beynəlxalq media, rəsmi nümayəndələr iştirak edəcəklər. Ekoloji davamlılıq və təbii sərvətlərin zərər görməməsi üçün hökumət mənfi təsirlərin qarşısını almaq üçün bu tədbiri təşkil edəcək, ətaf mühitin qorunması istiqamətində dəstək verəcək.

Azərbaycan höküməti COP29 tədbirindən qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi viza təklif edir. Konfrans iştirakçıları üçün münasib otellər, xüsusi güzəştlər təşkil olunacaq. COP29-un ölkəmizdə keçirilməsi üçün əvəzsiz imkanlar yaradılıb. Eyni zamanda Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək əhəmiyyətli fürsət olacaq".