Amerikalılar "Milton" qasırğası səbəbindən evlərini tərk edirlər

8 Oktyabr 2024 12:24 (UTC+04:00)

ABŞ-ın Florida ştatının rəsmiləri materikə yaxınlaşan "Milton" qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra mümkün insan tələfatı halında bölgə sakinlərinə qasırğanın təsir zonasını tərk etmələri barədə xəbərdarlıq edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Milton"un dağıdıcı və öldürücü təsirlərinə yaxalanmaq istəməyən bir çox amerikalı eyni vaxtda bölgəni tərk etməyə çalışarkən Florida magistrallarında tıxaclar yaranıb.