Bakıda yol qəzası olub, sıxlıq yaranıb

8 Oktyabr 2024 12:17 (UTC+04:00)

Bakıda yol qəzası olub. Bu barədə SİA-ya DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.