Bəyənmir bu da məni..?

8 Oktyabr 2024 12:20 (UTC+04:00)

...Və indi də iddai edilir ki, guya məhz Putinə görə Rusiya futbolu sanksiyalar altındadır. Özü də artıq yaxınlarda günə-gün üç il olacaq.

...Yadımdadır, o vaxt rusların üçüncü liqada oynamaq üçün “şərqə gedəcəyi” elan olunmuşdu. Hə-bə indi nə oldu, hıy?

Gərək ki, Sizin də yadınızda olar, bu barədə ötən günlərin birində SİA da yazmışdı.

...Deməli, bu gün Tacikistan futbol komandası noyabrda Rusiya millisi ilə oyundan imtina edib. Taciklər deyirlər ki, guya iş qrafikimiz sıxdır, planlarımızda uyğunsuzluq yarada bilmərik.

İndi ruslara deyən gərək, hə-bə, bilmirdiniz ki, tacikləri yalançı terror adıyla basıb döyəndə...axırı belə olacaq.

Hələ bu harasıdır?

Bir neçə gün əvvəl Pakistan komandası da hökumətlə razılığın olmadığını əsas gətirərək Rusiya millisi ilə oynamaqdan imtina edib.

Tanzaniya milli komandası isə rusları heç yaxına buraxmayıb...

Bəs, indi nə etməli? Kiminlə oynamaq olar? Variantlar varmı?

Deyirəm Pamirin “Alqa” futbol komandası da gör, neçə idi dağılıb gedib. Qalsaydı, heç olmasa, onlarla baş qatardlar.

…Görən, Abxaziya və ya Cənubi Osetiya komandaları Rusiya millisi ilə oynayarlarmı? Bu da real görünmür?

Deyim ki, o gün ruslardan biri gözəl bir təklif edib.

Deyib ki, Rusiya millisi Dövlət Dumasının, prezident administrasiyasının, birləşmiş təbliğatçılar komandasının (…deyim ki, burada kapitan Solovyev, qapıçı isə Olqa Skabeevanın əri Yevgeni Popovdur, bir az kök olduğuna görə qaça bilmir deyə, onu qapıda qoyublar-A.B.) birləşmiş heyətilə görüşlər keçirsin.

Təbii ki, təklif elə də pis təklif deyil, amma həmən o rusun “Putinin toxunduğu hər şey toza çevrilir” deməsi heç məni açmadı.

Əli Babayev

.