"Kimsə uğursuz iş görürsə, bunun qiyməti mediada deyil"

8 Oktyabr 2024 12:11 (UTC+04:00)

"Namizədliyi göstərilən hakimlərin nəzdində uğurlu seçim edildiyini deyəcəm". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, kimsə uğursuz iş görürsə, bunun qiyməti mediada deyil: "Biz hakimlər barədə media orqanlarında təzyiq xarakterli yazılar görürük. Proses sonrası şouya çevrilir. Bu, söz azadlığı ola bilməz. Amerikada hər hansı jurnalist sərbəst formada hakimlərin şəklini çəkə bilirmi? Məhkəmə və hakim hər cür təzyiqlərdən kənar işini görməlidir".