ANAMA işçi qəbulu elan edir

8 Oktyabr 2024 11:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən agentliyin struktur bölmələrində “minaaxtaran” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. ANAMA-dan SİA-ya verilən məlumata görə, fiziki və əqli cəhətdən sağlam, Azərbaycan Respublikasının vətəndaşı olan 40 yaşınadək şəxslər (kişilər), hərbi xidmətini başa vurmuş, cinayət məsuliyyətinə cəlb olunmayan və ya məhkumluğu olmayan, narkotik vasitələrə, psixotrop maddələrə və prekursorlara qarşı asılılığı olmayan şəxslər, hərbi xidmətini başa vuraraq ehtiyata buraxılan 45 yaşadək olan zabit və gizirlər (kişilər) müraciət edə bilərlər.

Həmçinin namizədlərə layiqli əmək haqqı ilə yanaşı, çalışdığı müddət ərzində səmərəli fəaliyyətinə görə mükafatlar veriləcək, gündə 3 dəfə yemək və yaşayış yeri ilə təmin ediləcək.

Maraqlanan şəxslər əlaqə telefonu göstərməklə şəxsiyyət vəsiqəsinin, təhsilə dair sənədlərin (diplom, sertifikat, vəsiqə, arayış və digər), hərbi biletin yazılı səhvələrinin surətini, məhkumluğun olub-olmaması barədə arayışı [email protected] ünvanına göndərməlidirlər.

Sənəd qəbulu cari il dekabrın 30-dək aparılacaq.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və Vətən müharibəsi iştirakçılarının namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.