"ABŞ Azərbaycana qarşı ikiüzlü siyasətini davam etdirir" - Ziyafət Əsgərov

8 Oktyabr 2024 11:44 (UTC+04:00)

ABŞ Azərbaycana qarşı ikiüzlü siyasətini davam etdirir. SİA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasda vitse-spiker Ziyafət Əsgərov bildirib.

"30 ilə yaxın ABŞ vasitəçi ölkə kimi Ermənistanın ərazilərimizi işğal altında qalmasını, məscidlərimizə, insanlarımıza vurulan ziyanı, 1 milyondan artıq qaçqının hüquqları məsələsini niyə qaldırmadı? ABŞ və digər vasitəçilər beynəlxalq hüququ yox sayması nəticəsində Azərbaycan torpaqlarını dəmir yumruğunu işə salaraq azad edib. Qarabağın zəngin flora və faunası məhv edilib. Torpaqlarımızı azad edildikdən sonra kütləvi məzarlıqlar aşkar edildikdən sonra onlara qarşı törədilən işgəncələri üzə çıxıb. Bu fakt beynəlxalq hüquqa, itkin düşmüş insanların yaxınlarına qarşı hörmətsizlik deyilmi? ABŞ-a daha hansı faktları təqdim etməliyik? Azərbaycan hər zaman beynəlxalq siyasətə uyğun davranır. Qərəzli ittihamları heç vaxt qəbul etməyəcək. Öz adekvat cavablarımızı verəcəyik".