Direktor olmaq istəyənlər imtahan veriblər

8 Oktyabr 2024 11:38 (UTC+04:00)

6 oktyabr tarixində şagird sayı 150-500 olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. SİA xəbər verir ki. bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin test imtahanı mərhələsində 1193 nəfər iştirak edib. Test imtahanında 98% davamiyyət qeydə alınıb.