"Vaşinqton açıq göstərir ki,..." - Bəhruz Məhərrəmov

8 Oktyabr 2024 11:17 (UTC+04:00)

"ABŞ-nın hərəkətləri göstərir ki, biz həqiqətən də, dünyanı sarsıdan necə böyük uğur qazanmışıq". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu elə ağır məğlubiyyət olub ki, Amerika özü sanksiya yaratmalı olub: "Vaşinqton açıq göstərir ki, dünyanın dörd yanında maraqlarını bu cür həyata keçirib. Azərbaycan Prezidenti separatizmə son qoymaqla haqqı bərqərar etdi. ABŞ Ermənistan- Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına maraqlı deyil. Ermənistan sülh təşəbbüskarı idisə, niyə işğala son qoymurdu? Təəssüf doğuran bir məqam da daxildəki ünsürlərin yenidən özlərini ifşa etməklə məşğul olmalarıdır. Regionun güc mərkəzi kimi Azərbaycan bütün bunlara mane olacaq".