Ötən gün ölkə ərazisindən silah-sursat aşkarlanıb

8 Oktyabr 2024 09:45 (UTC+04:00)

Ötən gün ölkə ərazisində üç avtomat silahı, iki tapança və altı qumbara aşkarlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 6 qumbara, 6 alışdırıcı, 3 tüfəng, 10 patron darağı və 2277 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.