Efiopiya parlamenti yeni prezidenti seçib

8 Oktyabr 2024 07:12 (UTC+04:00)

Efiopiya parlamentinin iclasında ölkənin növbəti prezidenti seçilib. SİA xəbər verir ki, parlament səsverməsi nəticəsində ölkənin xarici işlər naziri Tayi Atske Selasye ölkə başçısı seçilib. O, bu postda ölkənin ilk qadın dövlət başçısı Sahle-Vork Zevdeni əvəzləyib.

Sahle-Vork Zevdenin missiyası oktyabrın sonunda başa çatır. Efiopiyada prezident postu sırf simvolik xarakter daşıyır.