Oktyabrın sonunda bu bürclər varlanacaq

8 Oktyabr 2024 06:12 (UTC+04:00)

Ulduz falı həvəskarları üçün oktyabrın son iki həftəsinə uyğun proqnoz təqdim edirik. SİA xəbər verir ki, rusiyalı astroloqların fikrincə, oktyabr ayının sonunda 3 bürc üçün uğurlu olacaq

Tərəzi bürcü

Tərəzilər bu ayın sonunda unmadıqları yerdən pul qazanacaqlar. Çəkdikləri əziyyətin əvəzini artıqlaması ilə alacaqlar. Sevgi münasibətlərində də Tərəzilər üçün uğurlu zamandır.

Əqrəb bürcü

Əqrəblər oktyabrın sonundan noyabr ayının sonuna qədər gözəl zaman keçirəcəklər. Qazancları birə min artacaq. Cibləri pul ilə dolacaq. Sevgi və ailə məsələlərində də Əqrəblər uğur qazanacaqlar. Bu zaman kəsiyində xəstəlikdən əziyyət çəkən Əqrəb işarəsi altında doğulan şəxslər sağlamlıqlarına qovuşacaqlar.

Balıq bürcü

Balıqları bu ay xoş günlər gözləyir. Oktyabrın sonu isə Balıqlar üçün ümumiyyətlə əvəzedilməz keçəcək. İstədiklərini qazanacaqlar. Sağlamlıqlarına fikir versələr yaxşı olar.