Transseksuallardan ibarət komanda debüt etdi

8 Oktyabr 2024 04:53 (UTC+04:00)

Bu yaxınlarda “FC Feniks” komandası Kataloniya regional liqasında debüt etdi və bu, ictimaiyyət arasında böyük maraq doğurdu. SİA xəbər verir ki, “Reuters”in məlumatına görə, komanda tamamilə transseksual oyunçulardan ibarətdir.

“Mən qızlar komandasında oynayan oğlan idim, amma şəxsiyyət vəsiqəsi olmadan oğlanlarla oynamaq imkanım yox idi”, – nəşr klubun oyunçularından biri olan Uqor Martinesdən sitat gətirir: “Feniks” trans oğlanlardan ibarət komandadır, bu, azad ola, və özünüzü hiss edə biləcəyiniz bir ailədir”.

Düzdür, debütü uğurlu adlandırmaq olmaz, çünki “FC Feniks” ilk matçında 0:19 hesabı ilə uduzub.