Kiyev Ukrayna ərazilərinin Rusiyaya verilməsini müzakirə edir..?

8 Oktyabr 2024 00:45 (UTC+04:00)

...Rəsmi Kiyev Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya təhvil verilməsi imkanını müzakirə edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Britaniyanın “Financial Times” qəzeti yazır.

...Kiyev rəsmiləri Rusiyanın nəzarətinə keçmiş bütün əraziləri geri almaq üçün kifayət qədər kadr, güc və Qərb dəstəyinə malik olmadığından narahatdırlar.

Bu materialda deyilir.

Qəzetin yazdığına görə, Rusiya Federasiyasının Ukrayna ərazisinin təxminən beşdə birinə faktiki nəzarəti özündə saxlayacağı saziş ətrafında müzakirələr gedir.

...Guya ərazinin müqabilində Kiyev təhlükəsizlik zəmanəti alacağını gözləyir.

Məqalədə qeyd olunur ki, Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasından da söhbət gedə bilər.

Bundan əvvəl britaniyalı analitik Aleksandr Merkuris bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri döyüş meydanında məğlub olduqlarına əmindirlər.

O vurğulayıb ki, əsgərlər yekdilliklə məğlubiyyət qarşısında olduqlarını qəbul ediblər.

Əli Babayev