Qonşular cadugərlik etdiyi üçün qadını yandırıblar

7 Oktyabr 2024 21:54 (UTC+04:00)

...Hindistanda aşağı təbəqədən olan qadın eyni kənddə yaşayan qonşuları tərəfindən yandırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hindu yazır.

Hadisə oktyabrın 3-də Telanqana ştatının Katarai kəndində baş verib. 45 yaşlı D. Muttava kənd sakinlərinin hücumuna məruz qalıb. Onu cadu və qara sehrdən istifadə etməkdə günahlandırıblar, sonra qadını çubuqlarla döyməyə başlayıblar.

Bununla da kifayətlənməyən qonşulardan biri ona kerosin vuraraq yandırıb. Muttava ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hadisədən sonra 50 yaşlı qurbanın əri polisə gedərək qonşularının cinayət əməlləri barədə məlumat verib. Araşdırmalar nəticəsində 5 nəfər həbs edilib.

Tezliklə onlar ittiham olunacaqlar.

Bundan əvvəl ABŞ-ın Men ştatında bir kişinin sevgilisinin valideynlərinin evini onunla mübahisə etdiyi üçün yandırdığı bildirilmişdi. Yanğın başladıqdan sonra qıza bu barədə xəbərdarlıq etmək qərarına gəlib və o, yaxınlarını xilas edib.

Nazlı Almuradova