Rusiyadan Gürcüstana gedən yol yenidən açılıb

7 Oktyabr 2024 22:25 (UTC+04:00)

Rusiyadan Gürcüstana Yuxarı Larsdan keçən yolda avtomobillərin hərəkəti Gürcüstan tərəfində aparılan təmirdən sonra yenidən açılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” “Rosqranstroy”a istinadən xəbər verir.

Dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçirilməsi adi qaydada həyata keçirilir.

Yuxarı Larsdan keçən yolda nəqliyyatın hərəkətinə qadağa oktyabrın 7-də məlum olub.

Daha sonra Gürcüstan keçid məntəqəsində internet kabeli qırılıb.

...Bundan əvvəl rusiyalı Gürcüstanda ərzaq mağazasına baş çəkib və ərzaq qiymətlərini açıqlayıb. Onun sözlərinə görə, əgər Moskvada qablaşdırmadan, istehsalçıdan və mağazadan asılı olaraq bir karton süd 70-100 rubla almaq olarsa, Gürcüstan paytaxtında ən ucuz variant satışda 120 rubla başa gəlir.

Əli Babayev