Miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edirlər

7 Oktyabr 2024 21:46 (UTC+04:00)

...Əmək miqrantları Rusiyanı kütləvi şəkildə tərk edirlər. Ekspertlər bildirirlər ki, əcnəbi işçilərin təxminən yarısı Rusiya Federasiyasına qayıtmaq ümidi olmadan evlərini tərk edir.

SİA bu barədə rus saytlarına istinad edir.

...MDB ölkələrinin başçıları Birlik sammitində Rusiya Federasiyasında öz vətəndaşlarının hüquqları ilə bağlı məsələ qaldıracaqlar.

“Nezavisimaya qazeta” yazır ki, Rusiyadan əmək miqrantlarının axını 2 milyondan çox əcnəbi işçinin könüllü olaraq ölkəni tərk etdiyi 2020-2022-ci illərlə müqayisə edilə bilən “pandemiya” səviyyəsinə çatıb.

Necə deyərlər, vay gününə Rusiya...

Əli Babayev