Viktor But bundan imtina edir...

7 Oktyabr 2024 21:25 (UTC+04:00)

Viktor But “The Wall Street Journal”ın yəmənli husilərlə silah satışı ilə bağlı danışıqlarda iştirak etdiyi iddiasını dərc etməsini şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, RBC xəbər verir ki, o, bu materialı saxtakarlıq adlandırıb.

Qeyd edək ki, daha əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, guya But Moskvada 10 milyon dollar dəyərində pulemyotların tədarükü ilə bağlı danışıqlar aparmaq istəyən Yəmən hərəkatının nümayəndələri ilə görüşüb.

Nəşr sövdələşmənin bağlandığını və Yəmənə atıcı silahların çatdırılmasını nəzərdə tutduğunu iddia edir.

Əli Babayev