Yaşayış binasında həyat əlaməti olmayan 3 nəfər tapılıb...

7 Oktyabr 2024 21:13 (UTC+04:00)

Ulyanovsk rayonunun Çerdakli kəndində həyat əlaməti olmayan 3 nəfər tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib.

Meyitlər oktyabrın 7-də günorta saatlarında Oktyabrskaya küçəsindəki evlərin birində aşkar edilib. 57 və 30 yaşlı iki qadın, həmçinin 61 yaşlı kişi yanma məhsullarından zəhərlənib.

Faktla bağlı cinayət işi açılıb, hadisə yerində məhkəmə-tibb ekspertləri işləyir.

...Bundan əvvəl xəbər verilmişdi ki, Moskvada məhkəmə kafedə şavarmadan kütləvi zəhərlənmə ilə bağlı işə baxmağa başlayıb. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Sofya Kovalevskaya küçəsində yerləşən “Bistro-24” adlı kafedə məhsulların istehsalı, təchizatı, istehsalı və sonradan satışını təşkil edib.

Bu müəssisədə yeməklər sanitar norma və qaydalara zidd olaraq hazırlanıb. Şavarma və qril toyuq yeməkdən sonra 32 nəfər həkimə müraciət etmişdi.

Nazlı Almuradova