“Neftçi” Roman Qriqorçukla vidalaşıb

7 Oktyabr 2024 20:58 (UTC+04:00)

“Neftçi” baş məşqçisi Roman Qriqorçuk ilə yollarını ayırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.