Qadın mənzildə atasının skeletini tapıb...

7 Oktyabr 2024 19:57 (UTC+04:00)

Sankt-Peterburqda atasını ziyarət etmək qərarına gələn qadın, mənzildə onun skeletini tapıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.

Mərhumun 66 yaşında olduğu bildirilir. Ölüm səbəbinin müəyyən edilməsi üçün meyit morqa göndərilib.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqda miqrant vəhşicəsinə öldürülüb. Onun meyiti zibil qutusunun arxasındakı xəndəkdə tapılıb.

Nazlı Almuradova