“Elə bil ki, ölüb sabaha qalıb”..?

7 Oktyabr 2024 19:36 (UTC+04:00)

...Aktyor Al Paçinonun küveytli gənc sevgilisi Nur Alfalla xəyanətdə şübhəli bilinir.

Belə ki, Al Paçino... “üzünü o yana çevirən kimi”, qaçıb 68 yaşlı komediya ustası Bil Maranın yanında, Los-Ancelesdəki oteldə gecələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə tabloid Page Six yazıb.

Paparazzilər 30 yaşlı Nuru Billlə oteldən çıxarkən fotolarını çəkib... Al Paçinoya göndəriblər.

Oteldən çıxan çütlük qara rəngli avtomobilə əyləşərək birlikdə harasa yola düşüblər.

Maraqlıdır ki, Nur sevgilisi olduğu iddia edilən şəxslə görüşməzdən əvvəl Al Paçino ilə nahar da edib.

Alfalın 68 yaşlı komediya aktyoru ilə hansı münasibəti olduğu hələlik məlum deyil.

Al Paçino sevgilisinin xəyanəti ilə bağlı şayiələri şərh etməyib.

P.S: Şərh vercəyin, şəkilə baxanda adamın lap yazığı gəlir... Al Paçino “elə bil ki, ölüb sabaha qalıb”..?

Nazlı Almuradova