İsrail və İspaniya arasında "antisemitizm" böhranı partladı

7 Oktyabr 2024 19:15 (UTC+04:00)

İsrail Xarici İşlər Nazirliyi yazılı açıqlamasında İspaniyada 5-7 sentyabr tarixləri arasında təşkil edilən "İsrailin Qəzzada soyqırımını dayandırın" başlıqlı nümayişlərə və "Məsəd Bədil" adlı təşkilata istinad edərək ölkəni "İsraili məhv etməyə təhrik edən" adlandırıb.

SİA-nın əldə etdiyi məlumata görə, İspaniyanın Xarici işlər naziri Xose (Jose) Manuel Albares isə RTVE dövlət televiziyasında deyib: "İspaniya tolerant ölkədir. Burada insanın ifadə azadlığı var. Nifrətin qızışdırılmasının istənilən forması, o cümlədən, təbii ki, antisemitizm nəinki geniş şəkildə rədd edilir, həm də cinayət məcəlləsinə daxildir. Əgər kimsə nifrət və ya antisemitizmi qızışdırmaq cinayətinin törədildiyinə inanırsa, prokurorluğa müraciət edə bilər. Bizim də antisemitizmə qarşı planımız var”.