Bioyanacaq qalıq (fosil) yanacaqlara, yəni neft və onun törəmələrinə ən vacib alternativlərdən biri hesab olunur. Xammalı şəkər çuğunduru, qarğıdalı, buğda kimi məhsullardır. Şəkər, nişasta və ya sellüloza tərkibli kənd təsərrüfatı məhsullarının fermentasiyası ilə əldə edilir. Bioyanacaq fosil yanacaqlarla müəyyən nisbətlərdə qarışdırılaraq istifadə olunan alternativ yanacaq növüdür. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Nəqliyyat sektorunda benzinlə qarışdırılaraq, kiçik məişət cihazlarında və kimyəvi məhsul sənayesində istifadə edilən bioetanol yanacağın oksigen səviyyəsini artıraraq onun daha səmərəli yanmasını təmin edir. Zərərli qazların tullantılarını azaldır və kanserogen maddələrə ekoloji alternativ kimi düşünülür. Həmçinin emissiyalarını da azaldır.
Dizel yanacağının əvəzedicisi yerinə keçdiyi kimi, biodizel mənzil və sənaye sahələrində də mazutun yerinə istifadə edilə bilir. Biodizel kənd təsərrüfatı bitkilərindən əldə olunduğu üçün fotosintez yolu ilə karbon qazını çevirərək karbon dövranını təmin edir və bu səbəbdən də istixana effekti yaradan təsir göstərmir.
Türkiyədə hazırda təxminən 200 min ton tutumlu bioetanol istehsal gücü mövcuddur. Yenilənəbilən enerji mənbəyi olan bioyanacağın Türkiyədə orta müddətli dövrdə 4-5 qat böyümə potensialı olduğu bildirilir. Bunun böyük hissəsi nəqliyyat sektorunda istifadə edilir.
Bəs bioyanacağın növləri hansılardır? Anadolu Agentliyi tərəfindən toplanmış məlumatlara əsasən, üç yerə bölünür: biodizel, bioetanol və bioqaz.
Biodizel bitki və heyvan yağlarından əldə edilən dizel yanacağın alternativi və ya onunla birlikdə istifadə edilən bir bioyanacaq növüdür. Kolza, soya, aspir və palma yağından hazırlanır.
Bioetanol benzinin alternativi və ya benzinlə birlikdə istifadə edilən, şəkərli və nişastalı xammaldan əldə edilir. Şirin sorqo, darı, şəkər qamışı, qarğıdalı, buğda və şəkər çuğunduru kimi müxtəlif məhsullar bioetanol istehsalında xammal kimi nəzərdə tutulur. Bioetanol əsasən nişastanın şəkərə, şəkərin isə etil spirti (etanol) halına gətirilməsi ilə əldə olunur. Türkiyədə xüsusilə bioetanol istehsalı şəkər zavodunun qalıq məhsulu olan melas, buğda və qarğıdalıdan hazırlanır.
Bioqaz bitki tullantıları və ya heyvan gübrələrindən əldə edilən istifadəyə yararlı qaz olaraq təyin edilir. Yanacaq olaraq isitmə, motor yanacağı kimi, təbii qazla qarışdırılaraq və ya kimyəvi maddələrin istehsalında, həm də yanacaq batareyası kimi istifadəsi mümkündür.