"Azərbaycan düzgün istiqamətdə irəliləyir"

7 Oktyabr 2024 18:30 (UTC+04:00)

Azərbaycan Respublikanın hökuməti, xüsusilə Prezident dayanıqlılıq və “yaşıl zonalar” kimi mühüm məsələlərdə öz dəstəyəini əsirgəmir. Bu da onu göstərir ki, Azərbaycan ölkə kimi düzgün istiqamətdə irəliləyir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Keniyanın paytaxtı Nayrobi şəhər qubernatorluğunun mədəniyyət tədbirləri və kommunikasiya üzrə direktoru Şeffi Ueru söyləyib.

COP29-a hazırlıq prosesinin təqdirəlayiq olduğunu vurğulayan keniyalı nümayəndə deyib: “Ümid edirəm ki, COP29 uğurlu keçəcək. Hava limanından gələrkən Olimpiya Stadionunu gördüm. Çox böyükdür və düşünürəm ki, Bakıya gələn böyük sayda qonaqları qəbul edə bilər”.

“İstər Afrika, istərsə də Avropa ölkəsi, əgər hər hansı ölkəyə bir tədbirdə iştirak etmək üçün 50-dən çox dövlətin rəsmiləri gəlirsə, bu, əlamətdar hadisədir. Azərbaycana bu tədbiri yüksək səviyyədə keçirmək üçün uğurlar arzulayıram”, - deyə Ş.Ueru vurğulayıb.