İlqar Məmmədov Natiq Cəfərli üçün yaxşı nümunə olmadı ANALİZ

7 Oktyabr 2024 16:35 (UTC+04:00)

Elimizdə, obamızda tez-tez səslənən bir məsəl var, deyir: "Əlisi dəli, Vəlisi dəli bu qırılmışın hamısı dəli". Təbii ki, bu məsəlin açması ətrafında geniş baş sındırmağa dəyməz. Nədən ki, ifadənin məğzi hər şeyi açıb göstərir. Məlum olur ki, elə qruplar və ya şəbəkə üzvləri var ki, yeddidən yetmiş yeddiyə qədər hamısında bu və digər formada çatışmazlıq mövcuddur, sağlam düşüncədən uzaqdılar, ağıllı təklif və ideya irəli sürməkdən məhrumdular. Düzdür, aralarında elələri var ki, özlərini ağıllı məxluq kimi göstərməyə çalışırlar. Yəni "Əlisi dəli, Vəlisi dəli bu qırılmışın hamısı dəli" məsəlinin onlara şamil edilməsi guya ədalətsizlikdir. Ancaq anlamırlar ki, fərqlənməyə çalışdıqları zaman belə özlərini daha da yanırmış olurlar. Fikir verin, Milli Şuranın, AXCP-nin, Müsavatın və REAL-ın bir qrup trol yığnağı bütün günü sosial şəbəkələrdə müxtəlif rəylər yazır, diqqəti cəlb etməyə hesablanan videolar paylaşırlar. Səthi araşdırmalar apardıq da məlum olur ki, sosial şəbəkə "fədailər"inin yazdıqları rəylər, paylaşdıqları videolar tam şəkil də sifarişlidir, hansısa maraqlara xidmət edir. Əgər belə deyilsə, buyurub sübut etsinlər. Sual olunur, sözügedən təşkilatlar son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparan ölkələrin qaranlıq dairələrini tənqid edə bilərmi? Fransanın Azərbaycan qarşı erməni təəssübkeşliyindən çıxış etməsinə cavab verə bilərlərmi? Və yaxud Fransa casus şəbəkəsi Azərbaycanda həbs olundu, niyə Əli Kərimli, Cəmil Həsənli, Müsavatın keçmiş və indiki başqanları Arif Hacılı, İsa Qəmbər, REAL-ın keçmiş və indiki sədrləri İlqar Məmmədov və Natiq Cəfərli susmağa üstünlük verdilər, nədən? Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəli fransız vandalları tərəfindən təhqir olundu, niyə sosial şəbəkənin şivənçiləri səslərini çıxarmadılar? COP29 konfransı ərəfəsi ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciət edərək Azərbaycana qarşı separatçı addımlar atmaq, qərarların qəbul edilməsinə çağırış etmələrinə niyə cavab vermirlər? Ən azı nədən Milli Məclisin 43 deputatının ABŞ-la iki sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılmaması, USAID-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova olunan müraciətlərinə dəstək olduqlarını bəyan etmirlər? Susurlar, danışmırlar. Çünki səslərini çıxarmaqla ABŞ-ın və Avropanın maliyyə dairələrini özlərindən narazı sala bilərlər. Arif Hacılı, İlqar Məmmədov, Cəmil Həsənli xaricə turist səfərlərindən məhrum oluna bilərlər, Əli Kərimli, İsa Qəmbər partiyalarının maliyyələşməsindən əllərini üzərlər.

Natiq Cəfərli Vaaha Ovenesyan, Karen Ambarsumyan və digərlərinin fikirlərini redaktə etmədən sosial şəbəkələrdə status formasında paylaşır

Fakt ondan ibarətdir ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan məxluqlar üçün xarici ağalarının maddi və mənəvi dəstəyi daha vacibdir, nəinki milli və dövlətçilik maraqları. Ona görə də, Azərbaycana qarşı xaricdən olunan şantaja, şər və böhtanlara əhəmiyyətsiz yanaşırlar. Bu azmış kimi xaricdən göndərilən tezislər əsasında ölkəmizin qalib dövlət, azad, demokratik cəmiyyət imicini ləkələməyə cəhdlər göstərirlər. Hətta dövlətimiz haqqında elə ağ yalanlar səsləndirirlər ki, bunların erməni kökənli olduğuna şübhələr yaranır. Bəzi hallarda Ermənistanın üzdəniraq iqtisadçılarının Azərbaycan barəsində yazdıqları iqtisadi "büdrəmə"ləri əsaslı fakt kimi Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar. Məsələn, REAL-ın təptəzə sədri Natiq Cəfərli Ermənistanda oturub Koçaryanın, Sarkisyanın tapşırıqlarına uyğun olaraq Azərbaycanın sosial-iqtisadi inkişafına kölgə salmağa çalışan Vaaha Ovenesyan, Karen Ambarsumyan və digərlərinin fikirlərini redaktə etmədən sosial şəbəkələrdə status formasında paylaşır. Sonrada sinəsinə döyüb, bağırır ki, guya uzun araşdırmalardan, təhlillərdən sonra bu kimi "məlumat"ları üzə çıxarıb. Halbuki, həmin "məlumat"lar erməni təxribatçı tör-töküntülərinin zəhərdən və çikabdan ibarət olan beyinlərinin məhsuludur. N.Cəfərlinin erməni "iqtisad"çılarına istinad edib, Azərbaycanın sosial-iqtisadi siyasəti ilə bağlı təhlillərini ifadə etməsi onun dolayısı ilə Ermənistanın revanşist siçovulları ilə əməkdaşlıq etdiyini göstərir. Ona görə də yaxşı olardı ki, N.Cəfərli başqalarının deyil, özünün sözünü, fikrini deməyə çalışsın.

Natiq Cəfərlinin fikirləri erməni revanşistlərinin fikirləri ilə üst-üstə düşürsə

Bəlkə də, Natiq Cəfərli deyə bilər ki, Azərbaycanın iqtisadi inkişafını, sosial nailiyyətlərini sobataj edən statusları gözləmədiyi halda erməni terrorçu maşının üzvləri Vaaha Ovenesyan, Karen Ambarsumyan və digərlərinin fikirləri ilə üst-üstə düşür. Təbii ki, əgər bu kimi üst-üstə düşmələr bir halda baş versə, N.Cəfərlini anlamaq olardı. Lakin fakt ondan ibarətdir ki, Natiq Cəfərlinin Azərbaycanın iqtisadiyyatında gəlir və xərcləri, investisiya qoyuluşu, ünvanlı sosial yardımlarının verilməsi, Milli Məclisdə siyasi partiyaların qanunvericilik təşəbbüsü ilə çıxış etmələri, eləcə də son günlər şivən qopardığı avtobus və velosiped zolaqları barədə statuslarının mahiyyəti və məğzi müəyyən qədər erməni iqtisadçılarının fikirlərinin eynisidir. Ona görə də, şübhələr və ehtimallar əsaslıdır - N.Cəfərli erməni təxribatçı təbəqənin statuslarını oğurlayaraq özününküləşdirir. Bu isə onu deməyə əsas verir ki, Natiq Cəfərli keçmiş sədri İlqar Məmmədovdan aldığı dərs, keçdiyi təcrübə qalib Azərbaycan evində oturub, özgə qapıdan yalmanlanmaq üzərində qurulub. İ.Məmmədov o şəxsdir ki, Azərbaycanda yaradılan imkanlardan bəhrələnsə də, ölkəmizin iç məsələlərini Avropanın qaranlıq dairələrinə satmaq yolunu tuturdu. Parlament seçkilərində uğursuzluğa düçar olduğu məqamda seçki prosesini ləkləməyə çalışdı. İddialar irəli sürməyə cəhd etdi ki, guya seçkilər demokratik keçməyib, ona qarşı seçki "saxtakarlığı" olub. Hətta utanıb-çəkinmədən özü haqqında saxta qəhrəman obrazı formalaşdırmaq arzusu ilə sədrlikdən istefa verdiyini bildirdi. Sual olunur, əgər seçki pozuntusu olubsa, E.Qədirli necə oldu ki, Milli Məclisin deputatı seçildi? Məsələyə düzgün və əsaslı formada Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev yanaşma nümayiş etdirib. Bildirib ki, İlqar Məmmədovun sədrlikdən istefası səhv siyasətinin nəticəsidir: "Deyir seçkiləri qəbul etmirəm. Elkin Qədirli də REAL-dan mandat alıb. Erkin Qədirli niyə demir ki, mən də seçilməmişəm, təyin olunmuşam. Partiya sədri əgər bu seçkiləri qəbul etmirsə, o zaman Erkin Qədirli də istefa versin".

Bir sözlə, İlqar Məmmədov anormal siyasətinin qurbanı oldu. Bu gün onun xarab siyasətini N.Cəfərli də davam etdirir. Bu isə onu deməyə əsas verir ki, İ.Məmmədov N.Cəfərli üçün heç də yaxşı nümunə olmayıb. Yuxarıda qeyd etdiyim kimi, İ.Məmmədovun yanında qazandığı təcrübə, öyrəndiyi dərs şərə xidmət etmək, erməni maraqlarının təbliğ etmək olub. Belə siyasətçi məhvə məhkumdur. Ona görə də, tam əminliklə demək olar ki, boşboğazlıq edən, daim yalanlar danışan, böhtanlar səsləndirən N. Cəfərlini xilası mümkün olmayan bataqlıq gözləyir.

İLHAM ƏLİYEV