Yeni Günəşli qəsəbəsində torpağın zəbt edilməsinin qarşısı alınıb

7 Oktyabr 2024 16:15 (UTC+04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində təqribən 0,2 hektar torpaq sahəsinin qanunsuz zəbt edilərək hasarlanması cəhdi aşkar edilib. Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Məlumata əsasən, cəhdin qarşısı Baş İdarənin əməkdaşlarının müdaxiləsi nəticəsində alınıb, hasarın sökülməsi təmin edilib.