Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb

7 Oktyabr 2024 16:14 (UTC+04:00)

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən SİA-ya verilən məlumata görə, onun yaşadığı ünvandan marixuana, eləcə də “Kalaşnikov” avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.