"Azərbaycanda iqtisadi artım böyüməkdədir” - DEPUTAT FİKİR BİLDİRDİ

7 Oktyabr 2024 16:12 (UTC+04:00)

“2024-cü ildə dünyada baş verən mürəkkəb geosiyasi proseslər, o cümlədən ilin I yarımilliyində Rusiya ilə Ukrayna arasında və Yaxın Şərq regionunda münaqişənin davam etməsi fonunda yaranan gərginliklər və geoiqtisadi dəyişikliklər bir çox ölkələrin iqtisadi və maliyyə sektorlarına mənfi təsirlər edir. Qlobal iqtisadiyyatda stabilləşmə müşahidə edilsə də, ABŞ və Avrozonada geriləmə qeydə alınmaqdadır. Amerika FED-nin bir müddət əvvəl faiz dərəcələrini artırması da bunu təsdiqləyir. Yaxud, Avrozona ölkələrində iqtisadi artım geriləyib. Qlobal iqtisadiyyatdakı meyillər beynəlxalq təşkilatların proqnozlarına da təsir edir, Beynəlxalq Valyuta Fondunun cari ilin iyul ayında yenilənmiş proqnozlara əsasən qlobal ÜDM-nin 2024-cü il üçün gözlənilən artımı ötən illə müqayisədə 1,2 faiz səviyyəsində azalacaq. Dünya Bankının cari ilin iyun hesabatına əsasən isə qlobal iqtisadi artım 2025-ci ildə 2,7 faiz proqnozlaşdırılır ki, bu əvvəlki proqnozla nisbətdə 2 faizə yaxın azalma deməkdir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, baş verənlərə baxmayaraq, Azərbaycanda artım baş verir və 2024-cü ilin yanvar-avqust aylarında ümumi daxili məhsul real ifadədə 4,3 faiz artıb. qtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşüb.Beləliklə, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və bu da sabit iqtisadi inkişafı təmin edəcək.

A.Hüseynov bildirib ki, hökumətin iradəli və düşünümlümüş siyasəti sayəsində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi qarşıdakı dövrdə əsas çağırışlardan biri olacaq. Ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır və milli istehsalın təmin edilməsi əsas iqtisadi niyyət kimi daha da gücləndiriləcək. Həmin iqtisadi imkanların səfərbər edilməsi iqtisadi inkişafın birbaşa qeyri-neft sütunları üzərində dayanıqlılığını da gücləndirəcək”.