Nyu-York birjasında təbii qazın qiyməti azalıb

7 Oktyabr 2024 10:10 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.79% azalaraq 2.80 ABŞ dolları təşkil edib.