Tanınmış aparıcı "ARB"dən getdi

7 Oktyabr 2024 08:39 (UTC+04:00)

Aparıcı və aktrisa Ülviyyə Xəlilbəyli "ARB TV" ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə aparıcı instagram hesabında paylaşım edib.

"Mənim üçün doğma olan ARB kanalı ilə yollarımızı ayırdıq. İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım. Hər kəsə uğurlar, sizi sevirəm",-deyə Ü.Xəlilbəyli bildirib.