Nərmin ikinci dəfə ailə qurmağa hazırlaşır

7 Oktyabr 2024 06:40 (UTC+04:00)

Müğənni Nərmin Kərimbəyova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır. SİA xəbər verir ki, bu haqda o ARB telekanalında "Maqazin plus" verilişində danışıb. Üç gün öncə evlilik təklifi aldığını deyən ifaçı, nəzərə gəlməkdən qorxduğunu etiraf edib: 'Evlilik təklifi almışam. Amma planlardan danışmaq mənə heç düşmür. Həyatımda müsbət yöndə dəyişikliklər var. Onu deyə bilərəm ki, ailə qursam da, sənətimi atmayacam. Çünki mən bu sənət üçün doğulmuşam".