Sənətçi, keçmiş rəqqasə və müğənni Madonnanın kiçik qardaşı Kristofer Cikkon vəfat edib. SİA xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Bildirilib ki, onun 63 yaşı var idi. O, oktyabrın 4-də ailəsinin əhatəsində xərçəng xəstəliyindən dünyasını dəyişib.
Cikkon bacısının 1990-cı il dünya turunun bədii rəhbəri və 1993-cü ildəki şousunun tur direktoru olub.
Bundan əlavə, 2012-ci ildə o, "The Ciccone Collection" adlı öz ayaqqabı brendini təqdim edib. Daha sonra “Bacım Madonna ilə həyat” adlı tərcümeyi-halını nəşr edib.
Bu arada Madonna yenidən studiyaya qayıtdığını açıqlayıb. Onun sözlərinə görə, Londonda prodüser və musiqiçi Stüart Prays ilə birlikdə işləyir.