“Kür” və “Azəryol” komandaları avrokuboklarla vidalaşıb

6 Oktyabr 2024 21:48 (UTC+04:00)

Qadın həndbolçulardan ibarət “Kür" və “Azəryol” komandaları Avropa Kubokunda mübarizəni dayandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Kür” Yunanıstanın “İonias" klubuna, “Azəryol” isə “Qaliçanka”ya (Ukrayna) məğlub olaraq turnirlə vidalaşıb.

Azərbaycanın Avropa Kubokundakı digər təmsilçisi “Qarabağ” isə “Differdanj” (Lüksemburq) komandasına hər iki oyunda qalib gələrək III mərhələyə yüksəlib.