...Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Livan və Qəzza zolağında atəşkəsin vacibliyinə işarə edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BFMTV Yelisey Sarayının bəyanatına istinadən xəbər verir.
...Respublika prezidenti İsrailin baş nazirinə atəşkəs vaxtının yetişdiyini deyib.
Bunu kanal mətndən sitat gətirir.
Fransa prezident administrasiyası vurğulayıb ki, uzun söhbət zamanı Makron və Netanyahu Fransa və İsrail arasındakı münasibətlərin dostluq xarakterini nəzərə alaraq, Yaxın Şərqdəki vəziyyəti açıq şəkildə müzakirə ediblər.
...İki ölkənin liderləri fikir ayrılıqlarının olduğunu etiraf ediblər, lakin eyni zamanda bir-birləri tərəfindən başa düşülmək istəyini bəyan ediblər.
Bunu da Yelisey Sarayından bildiriblər.
AFP-nin aydınlaşdırdığı kimi, Makron “İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib”, Netanyahu isə yəhudi dövlətinin “məhdudiyyətlər deyil, Fransadan dəstək gözlədiyini” söyləyib.
Əli Babayev