Beyrut Beynəlxalq Hava Limanı bazar ertəsinə qədər bütün reysləri ləğv edib.
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə Livan Mülki Aviasiya İdarəsinə istinadən xəbər verir.
İdarədən verilən xəbərə görə, doqquz saat ərzində - 6 oktyabr saat 21:00-dan 7 oktyabr saat 6:00-a kimi təyyarələrin hərəkəti olmayacaq.
Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan edib.
Ölkənin Müdafiə Qüvvələrinin məlumatına görə, onun hədəfi şiə qruplaşmasının son 20 ildə qurduğu Livan şiə hərəkatı “Hizbullah”ın infrastrukturudur.
Oktyabrın 6-na keçən gecə Beyrut Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə partlayış baş verib, insanları evakuasiya edən təyyarələr oraya uçuşlarını davam etdirib. Bundan sonra hava limanının şərq hissəsinin infrastrukturu enerjisiz qalıb. Amma hazırda bərpa olunub.
Əli Babayev